Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda ilk dəfə rəngli pambıq yetişdirilib

24.10.2018 [14:34]

Xəbərin mətni
Azərbaycanda təcrübə məqsədilə ilk dəfə yetişdirilən rəngli pambığın yığılmasına başlanılıb. Çindən gətirilən rəngli pambığın çiyidi bir qədər gec - iyun ayının əvvəlində əllə səpilib. Vegetasiya dövrü az olan bu pambıq yerli pambıqlarla eyni vaxtda bar verib. Mahlıcı zərif olan pambıq xına rəngi və bir qədər açıq rəngdədir.