İQTİSADİYYAT


Səngəçal-Çeyildağ avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır

Uzunluğu 24 kilometr olan Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metrdir. Yenidənqurma işlərinə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılaraq 52 min kubmetr həcmində yeni yol yatağı inşa olunub.