İQTİSADİYYAT


Tərtər çayı üzərində yeni körpünün inşası yekunlaşır

Aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb. Hazırda körpüdə son tamamlanma işləri aparılır. Körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilir.