Azərbaycan Dövlət İnformasiya Agentliyi

XƏBƏRDARLIQ:Havanın temperaturu 10-12 dərəcə aşağı enəcək

25.10.2018 [13:29]

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Oktyabrın 27-də səhər saatlarında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI