İQTİSADİYYAT


Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulur

Respublika əhəmiyyətli, uzunluğu 154,5 kilometr olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun inşa edilib. Yol yatağının eni 12 metr təşkil edir. Suların ötürülməsi üçün 297 dairəvi suötürücü borunun quraşdırılması və 40 yerdə su keçidinin inşası aparılıb. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə 23 alt keçid inşa olunub.