Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib

31.10.2018 [15:42]

Xəbərin mətni
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak etmək məqsədilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Astanada səfərdədir. İclasdan əvvəl Azərbaycan və Qazaxıstan energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayev arasında ikitərəfli görüş keçirilib.