Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qazaxıstanlı xanım dilimizi də öyrənib, təkəlduz sənətini də yaşadır -
Şəkidən REPORTAJ

01.11.2018 [12:47]

Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki həm də təkəlduz sənətinin vətəni sayılır. Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Güləndam və Anna Alxasovalar qədim diyarda yaxşı tanınan təkəlduz ustalarındandır.