Azərbaycan Dövlət İnformasiya Agentliyi

Havanın temperaturu aşağı düşəcək

01.11.2018 [13:06]

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9-11°, gündüz 14-16° isti təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI