Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Baş naziri Novruz Məmmədov qazaxıstanlı həmkarı Bakıtjan Saqintayevlə görüşüb

02.11.2018 [12:00]

Xəbərin mətni
Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib. Səfər çərçivəsində Baş nazir Novruz Məmmədovun qazaxıstanlı həmkarı Bakıtjan Saqintayevlə görüşü olub.