İQTİSADİYYAT


Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yollar yenidən qurulur

Layihəyə uyğun olaraq yollar boyu 97 min kub.m həcmdə mövcud asfalt-beton örtüyü sökülərək daşınıb, deformasiyaya uğramış örtük, yararsız yol əsası və torpaq yatağı qazılaraq çıxarılıb və kənarlaşdırılıb. Bunun əvəzinə 136 min kub.m həcmdə yolun torpaq yatağının təmiri, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün xüsusi qrunt gətirilərək yayılıb və kipləşdirilib.