Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

07.11.2018 [12:03]

Xəbərin mətni
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. AZƏRTAC xəbər verir ki, səfərin ilk günü İqtisadiyyat naziri Şahin Mustafayev Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI