Şanxayda Azərbaycan-Çin iqtisadi əlaqələri müzakirə edilib
07.11.2018 [13:27]
Xəbərin mətni
Çində səfərdə olan iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu ilə görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində önəmini vurğulayıb.