İQTİSADİYYAT


Yeni gətirilən avtobusların hərəkət edəcəyi marşrut xətti məlum olub

160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib.