CƏMİYYƏT


Badamdar sürüşmə sahəsində yeni xırda uçqunlar baş verib

Noyabrın 8-də Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərinin apardıqları monitorinqin nəticəsi açıqlanıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədqiqatların nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib.