Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş kitabın Ankarada təqdimatı keçirilib
09.11.2018 [13:14]
Xəbərin mətni
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatda rəsmi şəxslər, o cümlədən səfirlər, elm və mədəniyyət adamları iştirak ediblər.
Əvvəlcə Azərbaycanla bağlı sənədli film nümayiş olunub.