Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ölkə ərazisində hava yağmursuz olacaq

09.11.2018 [13:52]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 16-18° isti olacağı ehtimal edilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI