Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəblilər Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər

09.11.2018 [15:41]

Xəbərin mətni
Nizami rayonundakı 220 nömrəli məktəb liseyin 4-cü sinif şagirdləri Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyini (AHTM) ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, muzeyin əməkdaşları məktəblilərə burada saxlanılan eksponatlar haqqında məlumat veriblər.