İDMAN


UEFA Avropa Liqası: "Qarabağ" səfərdə "Vorskla" qələbə qazanıb

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ” – “Vorskla” görüşü başlayıb. AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Hannes Tur Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Con Delarj, Yakub Jezniçak və Donald Gerye yer alıblar. Ukraynanın “Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku və Pavlo Rebenyo çıxıblar. İlk hissə "Qarabağ"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. “Qarabağ” səfərdə "Vorskla" klubunu məğlub edərək, turnirdə ilk qələbəsini qazanıb.