Qusarda Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi başa çatır
10.11.2018 [14:39]
Xəbərin mətni
Qusar rayonunda inşa olunan Köhnə Xudat-Həzrə avtomobil yoluna ikinci qat asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
22 min nəfərə yaxın əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi noyabr ayının sonunadək başa çatdırılacaq.