MƏDƏNİYYƏT


İstanbulda Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi kitabların təqdimatı keçirilib

İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubiley tədbirləri təşkil olunub.