SİYASƏT


Çikaqoda Azərbaycan bayrağı qaldırılıb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında Azərbaycanın dövlət bayrağı ilk dəfə olaraq rəsmi şəkildə təntənə ilə qaldırılıb. Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunub.