Azərbaycan məhsullarının ixracı genişlənir
14.11.2018 [16:27]
Xəbərin mətni
Noyabrın 14-də Azərbaycan məhsullarının tanıdılması və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 4-8-də Çin Xalq Respublikasının Şanxay şəhərinə səfəri barədə məlumat verib.