MƏDƏNİYYƏT


Çin – dünyanın ən sirli ölkəsi - REPORTAJ

Çin dünyanın ən zəngin təəssüratlar yaradan ölkəsidir. Konfutsi fəlsəfəsi, İpək Yolu, əfsanəvi imperatorlar, Terrakota ordusu, mürəkkəb heroqliflər və Böyük Çin səddi. Çindən danışarkən elə ilk ağıla gələn də bunlar olur. Başdan ayağa sanki sirlərlə dolu bu ölkə nağıllar aləminə bənzəyir.
Çini bir səfərlə əlbəttə ki, görmək mümkün deyil. Onun şərqi də, qərbi də, şimalı və cənubu da maraqlı abidələri və təbiəti ilə seçilir. Ona görə də hər milyonlarla insan bu sirli ölkəni özləri üçün kəşf etməyə can atır.