MƏDƏNİYYƏT


Bakıda maraqlı sərgi: Bu rəsm əsərləri kofe ilə çəkilib

Gənc rəssam Elvina Kərim kofedən istifadə etməklə maraqlı əsərlər yaradır. O, bu əsərlərdən ibarət ilk sərgisini keçirib. Rəssam deyir ki, əsərlərin hər biri kofe ilə hazırlanıb, elə əsərlər də var ki, onlarda kofe ilə yanaşı akvarel, akril və rəngli karandaşlardan da istifadə olunub. Elvinanın kofe ilə rəsmləri çox olsa da, sərgidə 30 kofe art əsəri nümayiş olunub. Kofesevərlər sərgiyə böyük maraq göstərib.