Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yokohamadakı konserti böyük maraqla qarşılanıb

16.11.2018 [13:44]

Xəbərin mətni
TÜRKSOY-un yaradılmasının 25 illiyi münasibətilə təşkil edilən Yaponiya turnesi artıq üç gündür davam edir. Noyabrın 13-də Yaponiya İncəsənət Universitetində, 14-də isə Kavasaki şəhərində təşkil edilən konsertlərdə 12 ölkədən 50 artistin iştirakı ilə möhtəşəm konsert proqramı nümayiş etdirilib.