MƏDƏNİYYƏT


Azərbaycan 3-cü Sanya beynəlxalq mədəni sənaye sərgisində təmsil olunur

Çin Xalq Respublikasının Xaynan vilayətinin Sanya şəhərində 3-cü Sanya beynəlxalq mədəni sənaye sərgisi keçirilir. AZƏRTAC xəbər verir ki, müxtəlif xalqlar arasında mədəni mübadiləni təşviq etməklə, ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyan tədbirdə bir neçə ölkə iştirak edir. Mədəniyyət Nazirliyinin və ölkəmizin Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan bu beynəlxalq tədbirdə yüksək səviyyədə təmsil olunur.