İDMAN


Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Noyabrın 17-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək dünyanın ən güclü gimnastlarının qədim və gözəl Bakıda mübarizəyə qoşulmalarından məmnunluğunu bildirib.