İDMAN


Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun ikinci mükafatlandırma mərasimi keçirilib

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri və mükafatçılarının ikinci mükafatlandırma mərasimi keçirilib. Qarışıq cütlüklər arasında "qızıl" medalı Kirill Startsev və Viktoriya Aksenova (Rusiya), "gümüş" medalı Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı (Azərbaycan), "bürünc" medalı isə Artur Belyakov və Olqa Melnik (Belarus) qazanıblar.