Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Oryol i Reşka” yenidən Bakıda

18.11.2018 [18:25]

Rusiyanın “Pyatnitsa” telekanalında yayımlanan “Oryol i reşka. Perezaqruzka” verilişinin buraxılışlarından biri Azərbaycana həsr edilib. Aparıcılar Nastiya İvleyeva və Yevsey Kovalyov çəkilişləri təkcə paytaxt Bakıda deyil, Azərbaycanın digər görməli yerlərində də aparıblar. Azərbaycan mədəniyyətindən, mətbəxindən, tarixi məkanlarından söhbət açan hər iki aparıcı izləyicilərinə müasir Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğu barədə geniş məlumat verirlər.