SİYASƏT


“Kay2TV” kanalında Azərbaycan-Pakistan əlaqələrindən danışılıb

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “Kay2TV” televiziya kanalının “Biznes-raund” proqramının qonağı olub. AZƏRTAC xəbər verir ki, proqramda Azərbaycan ilə Pakistan arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişaf perspektivlərinə yer verilib. Səfir proqramda Azərbaycanın Pakistanla bu sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgi, biznes forum və görüşlərin, qarşılıqlı səfərlərin təşkil edildiyini, ticarət dövriyyəsində artımın müşahidə olunduğunu, bu sahədə potensial və imkanların daha dərindən araşdırılmasının vacibliyini bildirilib.