Azərbaycan Dövlət İnformasiya Agentliyi

İçərişəhərdəki "Yeraltı hamam"da bərpa işləri aparılır

19.11.2018 [15:50]

2016-cı ildə İçərişəhərdə, Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunan, XVI əsrə məxsus hamam tikilisi Avstriya şirkəti tərəfindən bərpa olunur. Bu tikili yer səthindən xeyli aşağıda yerləşdiyinə görə "Yeraltı hamam" adı ilə tanınır.