MƏDƏNİYYƏT


“Əbədi ezamiyyət” sənədli filmi Koreya Respublikası parlamentində nümayiş etdirilib

Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Koreya Respublikasının parlamentində nümayiş olunub. AZƏRTAC xəbər verir ki, film ölkəmizin Seuldakı səfirliyi və Koreya Respublikası Milli Assambleyasında Azərbaycan üzrə Dostluq Qrupunun birgə təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan seminar və fotosərgi çərçivəsində təqdim edilib.