İDMAN


Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar könüllülərin müsahibə prosesinə start verilib

AZƏRTAC xəbər verir ki, müsahibə prosesi dekabrın sonunadək davam edəcək. Ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyat prosesi 6 gün davam edib. Bu müddətdə 12 mindən çox müraciət qəbul olunub. Könüllülər işçi qüvvəsi, məkan, aeroport, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.