İQTİSADİYYAT


Tərtərli fermer: Xurma bağlarından yığdığımız məhsul qış aylarında əsasən Rusiyaya ixrac olunur

Xurma bağlarını 10 il əvvəl salmışam. Bu meyvə ağacları Tərtər rayonunun torpağına və iqlim şəraitinə çox uyğundur. Bu səbəbdən 2008-ci ildə 10 hektar ərazidə bağ salmaq qərarına gəldik. AZƏRTAC xəbər verir ki, bunu Tərtər rayonunda fəaliyyət göstərən “Aqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov deyib.