Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda hava çiskinli olacaq

25.11.2018 [16:04]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti təşkil edəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI