Sabah bəzi yerlərdə duman olacaq
28.11.2018 [13:42]
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 12-14° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq.