SİYASƏT


Aleksandr Lukaşenko İlham Əliyevi “daim etibar edilməli olan əsl dost” adlandırır

Belarusun İctimai Televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfərindən geniş reportaj yayımlayıb. AZƏRTAC xəbər verir ki, reportajda Aleksandr Lukaşenkonun İlham Əliyevi necə böyük hörmətlə qarşılayıb-yola saldığı diqqətə çatdırılır. Qeyd olunur ki, Belarus və Azərbaycan aralarında iki min kilometrdən artıq məsafə olmasına baxmayaraq, çox yaxın tərəfdaşlardır. Belarus Prezidenti azərbaycanlı həmkarını “daim etibar edilməli olan əsl dost” adlandırır.