SİYASƏT


Riqada “Birləşmiş Avropa layihəsinə yeni baxış” adlı konfrans keçirilib

Riqa şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə “Birləşmiş Avropa layihəsinə yeni baxış” adlı konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzin İdarə Heyətinin həmsədrləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Qəyyumlar Şurasının sədri Nazim İbrahimov, sabiq dövlət başçıları Valdis Zatlers, Petar Stoyanov, İvo Yosipoviç, Hikmət Çətin, Ekmeleddin İhsanoğlu, həmçinin Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov və digərləri iştirak ediblər.