Çin Mərkəzi Televiziyasında Azərbaycanla bağlı silsilə verilişlər yayımlanıb
29.11.2018 [10:31]
Xəbərin mətni
Çin Mərkəzi Televiziyasının 4-cü kanalının (CCTV4) “Bir kəmər, bir yol” mövzusuna həsr olunan proqramının növbəti 8 buraxılışında Azərbaycandan bəhs olunub.
AZƏRTAC xəbər verir ki, verilişlərdə Azərbaycanın tarixi, coğrafi mövqeyi, müasir inkişafı, iqtisadi imkanları, turizm potensialı, mətbəxindən söz açılıb, iki ölkə arasında münasibətlərə toxunulub.