Sabah sulu qar yağacaq
29.11.2018 [13:40]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə və gündüz 4-7 ° isti təşkil edəcək.