Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda yağış yağacaq, külək əsəcək

30.11.2018 [13:45]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 9-12° isti təşkil edəcək. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

BÖLMƏNİN DİGƏR VİDEOLARI