CƏMİYYƏT


Məişətdə istifadə etdiyimiz sellafon torbalar ödənişli ola bilər

Məişətdə istifadə etdiyimiz sellafon torbalar yaxın gələcəkdə ödənişli ola bilər. Məqsəd isə plastik tullantıların ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq onlardan istifadəni tədricən məhdudlaşdırmaqdır. Sellofanları əvəz edəcək parça və kağız torbaların bazara daxil olması isə tədricən baş verəcək. Belə torbaların ölkədə istehsalı da nəzərdə tutulub.