Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mançester Yunayted” qapıçı David de Xea ilə müqavilənin müddətini 2020-ci ilədək uzadıb

01.12.2018 [16:33]

Xəbərin mətni
“Mançester Yunayted” klubu ispaniyalı qapıçı David de Xea ilə yeni müqavilə imzalayıb. 28 yaşlı qolkiper 2020-ci ilədək “qırmızı şeytanlar”ın şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.