İDMAN


Nigar Arpadarai: Əsas yeniliklərimiz əyləncə proqramı ilə bağlı olacaq

Ötən mövsüm konsert proqramları dəyişmişdi. Belə ki, yarışlardan sonra konsert proqramları təşkil olunurdu. Üç dünya ulduzunun konsertindən əlavə, DJ-lərin şousu da təşkil olunmuşdu. Bu il də əsas dəyişiklik konsert proqramları ilə bağlı olacaq. Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnalistlərə müsahibəsində deyib.