Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yağış yağacaq, külək əsəcək

07.12.2018 [13:00]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-11° isti təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BÖLMƏNİN DİGƏR VİDEOLARI