CƏMİYYƏT


Havanın temperaturu yüksəlir

Dekabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-14° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq.