Bakıda 12 dərəcə isti olacaq
12.12.2018 [12:43]
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə duman gözlənilir. Sabah havanın çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi ilə arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8°, gündüz 10-12 ° isti təşkil edəcək.