Azərbaycan Dövlət İnformasiya Agentliyi

Stolüstü tennis üzrə respublika çempionatının finalında 80 idmançı mübarizə aparır

15.12.2018 [17:38]

Xəbərin mətni
Dekabrın 15-də Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə yeniyetmə və uşaqlar arasında respublika çempionatının final mərhələsinə start verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil etdiyi yarışın final mərhələsində 80 idmançı medallar uğrunda mübarizə aparır.