CƏMİYYƏT


“İçərişəhər” metro stansiyasında “Əl işləri yarmarkası” açılıb

Dekabrın 18-də Bakı metropoliteninin “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir. “Əl işləri yarmarkası” adlandırılan sosialyönümlü aksiya təmənnasız təşkil edilib. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməkdə dəstək olmaq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.