İDMAN


Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir vurğulayıb ki, il ərzində federasiyalarla birlikdə ölkəmizdə 225 yerli, 58 beynəlxalq turnir keçirilib. Bundan başqa, 236 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub.